BİRJA

Dünya birjalarında neft 3%-ə yaxın ucuzlaşıb
11 İYUN
403

Dünya birjalarında neft 3%-ə yaxın ucuzlaşıb

2016-06-11 11:46:00

Dünya birjalarında neft 3%-ə yaxın ucuzlaşıb. Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,49 dollar azalaraq 49,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,41 dollar azalaraq 50,54 dollar olub.

Neftin ucuzlaşmasına dolların möhkəmlənməsi və ABŞ-da qazma qurğuları ilə bağlı statistikanın səbəb olduğu bildirilir. Sonuncu amil neftin ucuzlaşmasını daha da sürətləndirib. Belə ki, artıq ikinci həftədir ki, ABŞ-da qazma quyularının sayı 3 ədəd artaraq 328-ə yüksəlib.

Analitiklər hesab edir ki, “qara qızıl”ın hazırkı qiyməti əksər şirkətlərin kəşfiyyat işlərinə marağını artırdığından aktiv quyuların sayının artması davam edəcək və ABŞ-da neft hasilatının azalma tendensiyası zəifləyəcək: “Bu isə qiymətlərin yüksəlməsinə mənfi təsir edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275