BİRJA

WTI neftinin qiyməti 50 dollarlıq psixoloji həddi ötüb
26 MAY 2016
387

WTI neftinin qiyməti 50 dollarlıq psixoloji həddi ötüb

2016-05-26 17:06:00

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar artaraq 50,11 dollar təşkil edib.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 50,39 dollar olub. 

Beləliklə, WTI neftinin qiyməti 2015-ci ilin oktyabrın 12-dən etibarən ilk dəfə 50 dollarlıq psixoloji həddi keçib.

Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının azalmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8426
  • ₽ RUB
    0.0301