BİRJA

​Azərbaycan nefti yenidən 50 dollardan bahadır
21 MAY
599

​Azərbaycan nefti yenidən 50 dollardan bahadır

2016-05-21 11:05:00

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,08 dollar və yaxud 2,2% bahalaşıb. Fins.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,40 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsinə edilən dəyişikliklərə görə, 2016-cı ildə dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürülüb. Göründüyü kimi, hazırda dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulandan 2 qat artıqdır. Buna baxmayaraq hökumət büdcənin dəyişdirilməyəcəyini - yəni büdcə gəlir-xərclərinin artırılmayacağını – bildirib.

Eləcə də bax: "Büdcənin dəyişməsinə ehtiyac yoxdur" - MALİYYƏ NAZİRİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271