BİRJA

Maliyyə Bazarlarına Nəzarət Palatasında görüş keçirilib
18 APREL
606

Maliyyə Bazarlarına Nəzarət Palatasında görüş keçirilib

2016-04-18 09:29:00

Aprelin 15-də Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin texniki yardım missiyasının rəhbəri Filip Bartolomey ilə görüş keçirilib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı geosiyasi tendensiyalar və makroiqtisadi risklər fonunda ölkədə maliyyə sabitliyinin və dayanıqlılığının təmin olunması istiqamətində atılan addımlar barəsində məlumat verib.

F.Bartolomey isə əmin olduğunu bildirib ki, son zamanlar maliyyə sektorunda dayanıqlığın təmin olunması və bazarda qətiyyətli maliyyə mövqeyinin qorunub saxlanmasında nailiyyətlər əldə olunacaq. Missiya rəhbəri bildirib ki, əməkdaşlıq çərçivəsində BVF tərəfindən Palataya texniki yardım göstərməkdə və birgə layihələrin həyata keçirilməsində maraqlıdırlar. Sonda maliyyə sabitliyinin qorunması tədbirləri üzrə atılacaq addımlar və bu çərçivədə Maliyyə Bazarlarına Nəzarət Palatasının BVF ilə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272