BANK

Vüqar Bayramov: "Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır"
01 AVQUST
564

Vüqar Bayramov: "Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır"

2019-08-01 10:22:00

FED-in dolların uçot dərəcəsini 0,25bənd azaltmasının qlobal iqtisadi proseslərə eyni zamanda Azərbaycandakı iqtisadi proseslərə və manatın məzənnəzinə təsiri barədə açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, "ABŞ-ın Federal Ehtiyatlar Sistemi  10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib. FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib. Əvvəlla, investorlar 50 bənd azlamanın olacağını gözləsələr də FED 25 bəndlə kifayətləndi. İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra Mərkəz Bankların o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəynatı da bazara təsir etməkdədir. FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb. Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yeni də ən az riskli valyuta hesab olunur." Fikirlərinin davamında FED-in qərarının ölkəmizdəki iqtisadi proseslərə təsiri ilə bağlı açıqlama verən cənab Bayramov bildirib ki,"Milli valyutamıza gəldikdə isə, indiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır. Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq"

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır