BANK

Nizamnamə kapitalı 333 milyon oldu
21 MAY
446

Nizamnamə kapitalı 333 milyon oldu

2019-05-21 12:50:00

PAŞA Bankın nizamnamə kapitalı hazırda 333 milyon AZN təşkil edir. Fins.az xəbər verir ki, bu məlumat PAŞA Bankın maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirilib. Bankın İdarə Heyətinin sədri Taleh Kazımov ötən il ümumi ölkə üzrə bank sektorunun 12 faizdən 15 faizə qədr artdığını bildirib. Daha sonra PAŞA Bankın gömrük məntəqələrində filiallarının yaradıldığını deyən İdarə Heyətinin sədri vurğuladı ki, təmsil etdiyi bank Azərbaycanda bir ilkə imza atıb: "Azərbaycanda ilk dəfə bizim bank xaricə manat ixrac edib. Hazırda bankımızın 748 nəfər işçisi var. 2019-cu ildə bu sayı 900-ə çatdırmaq fikrimiz var".

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır