BANK

31 yanvar 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri
04 MART
146

31 yanvar 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri

2019-03-04 10:29:00

31 yanvar 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,602.9 mln. manat, cəmi öhdəlikləri isə 25,485.6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,117.3 mln. manat olub. 2019-cu ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.3% (100.4 mln. manat), öhdəlikləri 0.2% (55.0 mln. manat), balans kapitalı isə 1.1% (45.4 mln. manat) artıb. Bankların kredit portfeli 12,541 mln. manat təşkil edib.

2019-ci ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 7,980.7 mln. manat təşkil edib. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan müddətli əmanətlər 0.4% (21.1 mln. manat) artaraq 5,500.1 mln. manat olub.

Yanvar ayında bankların əməliyyat mənfəəti 78.2 mln. manat, xalis mənfəəti isə 42.6 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 510 olub. Bank  sektorunun  işçi heyətinin sayında artım yanvar ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin ilk ayında işçi sayı 1.0% (173 nəfər) artaraq 17 588  nəfər təşkil edib.

31 yanvar 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264