BANK

"Bütün banklar üçün uyğun olmayacaq"
14 FEVRAL
249

"Bütün banklar üçün uyğun olmayacaq"

2019-02-14 10:55:00

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanın bank sektoruna daşınar əmlakın yüklülüyü mümkün olmaqla yeni məhsullar tətbiq etməyi təklif edir.

“Bu məhsullar Azərbaycanın kiçik və orta biznes nümayəndələrinin maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirəcək”, - deyə IFC-nin məsləhətçisi Manşuk Erjanova bu gün Bakıda keçirilən seminarda bildirib.

M.Erjanova qeyd edib ki, bu məhsullara müqavilələr əsasında maliyyələşdirmə, mallar əsasında maliyyələşdirmə, satınalma sifarişləri və fakturalar üzrə maliyyələşdirmə, debitor borcları əsasında maliyyələşdirmə, kredit borcunun maliyyələşdirilməsi, eləcə də distribyutor maliyyələşdirməsi aiddir.

Azərbaycanın bank sektorunun nümayəndələri IFC-nin təklifini birmənalı qiymətləndirmirlər. Bank bazarındakı mənbə bildirib ki, sözügedən məhsullar iri banklar üçün münasibdir. "Bunlar çox yaxşı məhsullardır və bank sektorunun əhəmiyyətli dərəcədə canlanmasına kömək edəcək, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək. Lakin bir mənfi cəhət var - bu məhsulların tətbiqi böyük insan resursları tələb edir ki, bu halda da yalnız iri banklar bu imkana malikdir. Yəni yeni alətlər bütün banklar üçün uyğun olmayacaq. Bundan əlavə, qanunvericiliklə bağlı məsələləri də həll etmək lazımdır", - deyə mənbə qeyd edib.

© İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263