BANK

Layihələrin idarə olunması üzrə təlimdə yeni alətdən istifadə edildi
08 FEVRAL
288

Layihələrin idarə olunması üzrə təlimdə yeni alətdən istifadə edildi

2019-02-08 21:06:00

AZPMA tərəfindən təşkil edilən və peşəkar layihə meneceri Rəşad İbrahimov tərəfindən keçirilən layihələrin idarə olunması üzrə təliminin altı günlük proqramının beş günü layihələrin idarə olunması üzrə nəzəriyyə+geniş praktikanın öyrənilməsinə, son günü isə bu qazanılmış biliklərin tətbiqinə yönəlmişdir. Təlimin son günü ilk dəfə olaraq “Sea Wolf” oyunu əsasında təlim iştirakçıları ilə birgə layihələrin idarə olunması praktiki tətbiq edilmişdir. Rəşad İbrahimov tərəfindən ölkədə ilk dəfə olaraq bu oyun əsasında təlim keçirilmiş, bu da təlim iştirakçılarına təlimin daha da aydın mənimsənilməsinə və effektiv tətbiq etməyə imkan yaratmışdır. Qeyd edilən oyun ilk dəfə Qazaxıstanda 2017-ci ildə baş tutan International Project Management Association-nın (IPMA) dünya konqresində təqdimatla  layihə menecerlərinə təqdim edilmişdir (link competent.pm). Peşəkar layihə menecerləri bu oyunu yüksək qiymətləndirmiş və IPMA standartlarını qəbul etmiş bir çox Avropa ölkəsində tətbiq edilməyə başlanılmışdır. Oyun ərzində təlim iştirakçılarının fəallığı və müzakirələri layihələrin idarə olunmasında həll yollarının tapılması və daha da effektiv olması ilə nəticələnmişdir.

IPMA təşkilatının beynəlxalq standartları ilə layihə menecmenti sahəsində sertifikatlaşdırma üzrə Cənubi Qafqaz regionunun lideri olan Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası (AzPMA) fəaliyyətini 20 il ərzində uğurla davam etdirməkdədir. Rəşad İbrahimovun yeni alət olan “Sea Wolf” oyununu məhz bu təşkilatın keçirdiyi təlimlərdə tətbiq etməsi təlimin dünya standartlarına uyğun keçirilməsinə zəmanət verir.

Rəşad İbrahimov
Rəşad İbrahimov

AZPMA 01-03 mart 2019-cu il tarixlərində layihə menecerləri üçün Quba şəhərində “Project Management -  Qış Məktəbi” təlim proqramı keçirməyi planlaşdırılır. Bu proqramda Rəşad İbrahimov tərəfindən yeni alətdən istifadə olunmaqla təlim keçiriləcəkdir. Təlim proqramında layihə komandasında çalışan mütəxəssis, rəhbər və menecerlərin iştirakı nəzərdə tutulmuşdur. Qış məktəbi Proqramı ilə bağlı geniş məlumat  bu linkə keçməklə əldə etmək olar.

Rəşad İbrahimov tərəfindən bu növ təlimlərin mütəmadi keçirilməsi planlaşdırılır və layihələrin idarə olunması sahəsində yeni alətdən istifadə edərək daha da effektiv nəticə əldə etmək istəyən şəxslərin təlimlərdə iştirakı tövsiyyə edilir. Fevral ayı proqramına qeydiyyat davam edir. Bu linkə vasitəsilə keçid ala bilərsiniz. 

Müəllif: Gülnar Səlimova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259