BANK

Gürcüstandakı “Beynəlxalq Bank” ləğv olundu
04 YANVAR
220

Gürcüstandakı “Beynəlxalq Bank” ləğv olundu

2019-01-04 17:44:00

Azərbaycan bankı Gürcüstandakı 11 illik fəaliyyətindən sonra bağlanıb. Söhbət “Beynəlxalq Bank”ın Gürcüstan filialından gedir.

Fins.az xəbər verir ki, Gürcüstan Milli Bankının yaydığı məlumata görə, “ABB-Gürcüstan”ın ləğv prosesi yekunlaşıb və maliyyə qurumu öz istəyi ilə bank olmayan kredit təşkilatı formasında işini davam etdirəcək.

Beləliklə, bankın Gürcüstan Milli Bankında açılmış və ləğv olunmuş hesabları bağlanacaq və reyestrdən çıxarılacaq.

Qeyd edək ki, bank ləğv prosesinə müstəqil şəkildə başlayıb və portfelinin 100 min lariyədək (təxminən 65 min manat) azalmasından sonra rəsmi şəkildə Gürcüstan Mərkəzi Bankına müraciət edib. Hazırda hesablarda müştərilərin müəyyən qədər vəsaitlərinin qaldığı, səhmdarların əsas öhdəliklərini yerinə yetirdikləri bildirilir.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256