BANK

PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb
27 DEKABR 2018
166

PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb

2018-12-27 11:43:00

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları 2018” tədbiri keçirilib. ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədi ilə keçirilən tədbirdə ölkənin aparıcı korporativ bankı PAŞA Bankın nümayəndələri ilə yanaşı yerli bankların və beynəlxalq maliyyə institutlarının təmsilçiləri, eyni zamanda Assosiasiyanın nəzdində müxtəlif seqmentlər üzrə fəaliyyət göstərən Ekspert Qruplarının rəhbərləri və digər mütəxəssislər iştirak edib.

Tədbir çərçivəsində PAŞA Bank yerli bazarda əldə etdiyi nailiyyətlərə görə ABA tərəfindən yüksək qiymətləndirilib. Hər il bazarda texnoloji yeniliklərin tətbiqinə imza atan və innovativ inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər edən PAŞA Bank Azərbaycan Banklar Assosiasiyasının təsis etdiyi iki mükafatı almışdır. Belə ki, Bank ABA-nın üzvləri arasında “İnnovativ ödəniş həlləri tətbiq edən” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyalar üzrə mükafata layiq görülüb.

“Bankçılıq Mükafatları” çərçivəsində ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının il ərzindəki işinin qiymətləndirilməsinin nəticələri də açıqlanıb. 2018-ci ilin nəticəsi olaraq “Ən fəal Ekspert Qrupu” nominasiyası üzrə PAŞA Bankın Hüquq və Komplayns departamentinin direktoru Anar Kərimovun rəhbərliyi altında fəaliyyət göstərən “Komplayns üzrə Ekspert Qrupu” 1-ci yerə layiq görülüb. Qeyd edək ki, keçən il ABA-nın nəzdində fəaliyyət göstərən 9, bu il isə 12 Ekspert Qrupları arasında PAŞA Bankın təmsilçisinin rəhbərliyi altında fəaliyyət göstərən bu Ekspert Qrupu artıq ikinci dəfədir ki, bu nominasiyada qalib gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256