BANK

Bankların nağdlaşdırma zamanı tutduqları komissiya haqqları - Hansı bankın "haqqı" nə qədərdir?
05 DEKABR
235

Bankların nağdlaşdırma zamanı tutduqları komissiya haqqları - Hansı bankın "haqqı" nə qədərdir?

2018-12-05 13:03:00

Banklar nağdlaşdırmaya görə nə qədər komissiya haqqı tutur? Fins.az bu suala cavab tapmaq üçün araşdırma aparıb. Araşdırma zamanı bəlli olub ki, əgər banka köçürülmə elə pulu nağdlaşdıran tərəfindən edilibsə və hesabdan nağdlaşdırma həmin gün baş verirsə o zaman bu xidmətə görə əksər banklarda heç bir kamissiya haqqı tutulmur.

Bankların nağdlaşdırmaya görə tutduğu komissiya faizləri isə aşağıdakı kimidir

AccessBank

Manatda olan cari hesabdan nağdlaşdırmaya görə, tutulan komissiya haqqı  0.7%

Kart hesabından nağdlaşdırmaya görə -  1%

AGBank

Manatda cari bank hesabından nağdlaşdırmaya görə, tutulan komissiya haqqı  0.5%

Xarici valyutada bank hesabından nağdlaşdırmaya görə, tutulan komissiya haqqı  0.7%

Kart hesabından nağdlaşdırmaya görə - 1%

Amrahbank

Manatda cari bank hesabından nağdlaşdırmaya görə, tutulan komissiya haqqı  0.5%

Xarici valyutada nağdlaşdırmaya görə, tutulan komissiya haqqı - 1%

AtaBank

Manatda cari hesabdan nağdlaşdırmaya görə, fiziki şəxslərdən 0.8% , hüquqi şəxslərdən 0.7% komissiya haqqı tutulur

Xarici valyutada nağdlaşdırmaya görə, tutulan komissiya haqqı - 0.8%

AtaBankın plastik kartları vasitəsi ilə bankomatdan nağdlaşdırlma zamanı komissiya tutulmur

Azərbaycan Beynəlxalq Bank

Manatda olan cari hesabdan nağdlaşdırmaya görə, 0.5% komissiya haqqı tutulur

Xarici valyutada nağdlaşdırmaya görə, tutulan komissiya haqqı - 0.6%

Kart hesabından nağdlaşdırmaya görə, isə 1% tututlur

Azər Türk Bank

Manatda və xarici valyutada  olan cari hesabdan nağdlaşdırmaya görə, 0.5% komissiya haqqı tutulur.

Kartla nağdlaşdırmaya görə isə - 1%

Bank Avrasiya

Manatda və xarici valyutada olan cari hesabdan nağdlaşdırmaya görə, 0.5%, kartdan nağdlaşdırmaya görə, isə 1% tutulur.

Bank of Baku

Cari hesabdan həm manatda həm də xarici valyutada nağdlaşdırmaya görə, 0.7%  komissiya haaqqı tutulacaq.

Məlumat üçün bildirək ki, Bank of Bakunun Bolkart, Debet və maaş kartlarından nağdlaşdırmaya görə komissiya tutulmur

Bank BTB

Manatda cari hesabdan nağdlaşdırmaya görə,  fiziki şəxslərdən manatda və dollarda 1.5 % komissiya haqqı tutulur. Kart hesabından nağdlaşdırmaya görə, isə 1% tutulur.

Bank Respublika

Manatda cari hesabdan manatda nağdlaşdırma 0.5% , xarici valyutada nağdlaşdırma isə 0.8%dir. Kart hesabından nağdlaşdırma zamanı isə 1% komissiya tutulur.

Premium Bank

Valyutadan asılı olmayaraq cari hesabdan nağdlaşdırmaya görə, 0.5%, kart hesabdan nağdlaşdırmaya görə, 0.7% komissiya haqqı tutulur.

Bank VTB Azərbaycan

Cari hesabdan manatda və xarici valyutada olan nağdlaşdırmaya görə, 1 % tutulur.Kart hesabından nağdlaşdırma zamanı isə 1% kamissiya haqqı tutulur .

Xalq Bank

Cari hesabdab manatda və dollarda nağdlaşdırmaya görə, 0.5% tutulur.  Kart hesabından nağdlaşdırmaya görə isə 1 % tutulur.

Bank Melli İran

Cari hesabdan manat nağdlaşdırma zamanı 0.5% , xarici valyutada isə 1% komissiya haqqı tutulur. Kart hesabından nağdlaşdırma 1% dır.

NBC Bank

Manatda nağdlaşdırma 0.5%, xarici valyutada nağdlaşdırma 0.6% komissiya haqqı tutulur. Bankın kartı vasitəsi ilə qeyri-rezident bankların bankomatından nağdlaşdırmaya görə isə maksimim kamissiya haqqı 2% tutulur.

Nikoil Bank

Cari hesabdanistənilən valyutada  nağdlaşdırma 0.6%, kart hesabından nağdlaşdırma 1.5% təşkil edir.

Rəbitəbank

Cari hesabdan həm manatda həm də dollarda nağdlaşdırma 0.6%, kart hesabından nağdlaşdırma isə 0.5% təşkil edir.

Turanbank

Cari hesabdan nadğlaşdırma manatda 0.6%, kart hesabdan nağdlaşdırma 0.8% Kart hesabından nağdlaşdırma isə 1% manatda, 1.5% isə xarici valyutada komissiya tutulur.

Kapital Bank

Cari hesabdan nağdlaşdırmaya görə, 0.6%, kart hesabından nağdlaşdırmya görə, 1% komissiya haqqı tutulur.

Qeyd edək ki, əksər banklarda olduğu kimi əgər pul nağdlaşdırılan hesaba pul elə nağd şəkildə yerləşdirilibsə o zaman nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

PAŞA Bank

Cari hesabdan hüquqi və fərdi sahibkarlardan nağdlaşdırmaya görə, 0.8% kamissiya haqqı tutulur. Kartla nağdlaşdırma zamanı isə 1% kamissiya haqqı tutulur.

Yapı Kredi Bank

Cari hesab manatda nağdlaşdırma 0.6%, xarici valyutada 0.8%, kart ilə nağdlaşdırma zamanı isə 0.6% təşkil edir.

Sonda onu da qeyd edək ki, vöenə bağlı kartlarda nağdlaşdırma zamanı əlavə olaraq 1% vergi tutulur.

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255