BANK

Bu Bankın səhmdar kapitalı 258 mln manata çatdırılacaq
27 NOYABR
169

Bu Bankın səhmdar kapitalı 258 mln manata çatdırılacaq

2018-11-27 11:00:00

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov müsahibəsi zamanı Bankın nizamnamə kapitalının artırılması ilə bağlı sualı cavablandırarkən bildirb ki, bankın səhmdar kapitalı 258 milyon manata çatdırılacaq. Fins.az xəbər verir ki, onun sözlərinə görə, bir müddət öncə qeyd etdiyimiz ki, bankın xarici investorları tərəfindən kapitallaşma barədə qərar qəbul olunub. Noyabrın 15-də bankın kapitallaşması ilə bağlı saziş imzalanıb. Qeyd edim ki, bu, ilk hüquqi icbari sənəddir və onun tərəfləri qismində bankın mövcud səhmdarları və beynəlxalq kreditorları çıxış edir. Bizim üçün vəziyyətin özəlliyi ondan ibarətdir ki, beynəlxalq maliyyə institutlarının timsalında bankın aparıcı tərəfdaşları böyük həvəslə və qısa müddət ərzində bankınkapitalına mühüm investisiya yatırılması ilə bağlı razılıq əldə etdi.

Sazişə əsasən, kapitallaşma prosesi sözügedən təşkilatlar tərəfindən banka 184 mln. manat məbləğində dəstəyin olunacağını nəzərdə tutur. Bu vəsaitdən 118,5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönələcək və bunun nəticəsində səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 mln. manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq.

Buonu göstərir ki, bank beynəlxalq maliyyə institutları üçün olduqca vacib tərəfdaş olaraq qalmaqdadır. Son aylar ərzində bank və gələcək səhmdarlar təsisçilər sırasına beynəlxalq tərəfdaşların cəlb olunması istiqamətində çox böyük həcmdə iş görüblər. Bu cür layihələrin spesifikasına bələd olan adamlar bilir ki, belə danışıqların qeyd olunan müddət ərzində bitirilməsi rekord hesab olunur və ölkənin qeyri-neft sektorunun inkişafında beynəlxalq maliyə təşkilatlarının maraqlı olmasından xəbər verir.

Kapitallaşma prosesi bitdikdən sonra Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasına mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı (hər ikisi AAA reytinqə malikdir) və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq. Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız AccessBank-ın səhmdarı olmaq üçün daxili nizamnaməsinə bəzi dəyişikliklər ediblər. Bu isə bir daha onu göstərir ki, investorlar ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır. Belə çıxır ki, AccessBank nəinki Azərbaycanın bank sektorunda (gülür), həm də müəyyən mənada beynəlxalq səviyyədə tarix yazır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256