BANK

“Bank BTB” VİSA kart sahiblərinə Dubay Ticarət Festivalına özəl endirimlər təklif edir!
22 NOYABR
160

“Bank BTB” VİSA kart sahiblərinə Dubay Ticarət Festivalına özəl endirimlər təklif edir!

2018-11-22 12:00:00

“Bank BTB”nin VİSA kart sahibləri Dubay Ticarət Festivalı çərçivəsində əvəzsiz endirim fürsətlərindən yararlana biləcəklər.

26.12.2018-02.02.2019 tarixlərində baş tutacaq festival ərzində VİSA kart sahibləri “Flydubai” aviaşirkətinin biznes və ekonom sinifləri üzrə onlayn biletlərini 10% endirimlə əldə edəcəklər. Bundan başqa, kart sahiblərinə “Jumeirah Hotels&Resorts” kompleksində otaq bron edərkən 25%-lik, yemək və içkilərə isə 20%-lik endirimdən faydalanmaq imkanı veriləcək.

Festival müddətində “Bank BTB”nin VISA kart sahibləri Dubayın ən gəzməli 30 nöqtəsinə səyahət imkanı verən “Dubai Pass” kartını 15% endirimlə əldə edəcəklər. “Majid-Al-Futaim” və “Meraas” ticarət mərkəzlərində də kart sahiblərinə müxtəlif güzəştlər təqdim olunacaq. Kampaniya şərtləri haqqında daha ətraflı məlumatı https://ae.visamiddleeast.com/en_AE/pay-with-visa/promotions/dsf.html linkinə keçid etməklə əldə edə bilərsiniz.

Qeyd edək ki, “Bank BTB” sərfəli qiymətlərlə VİSA beynəlxalq ödəniş sisteminin kartlarını təklif edir. Bank kartları vasitəsilə nağd pul vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə saxlamaq mümkündür. Həmçinin, müştərilər plastik kartlarla dünyanın istənilən nöqtəsində vəsaitlərini nağdlaşdıra, POS-terminal vasitəsilə nağdsız əməliyyatlar, internet üzərindən isə onlayn ödənişlər həyata keçirə bilərlər. Kart əldə etmək istəyən müştərilər “Bank BTB”nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256