BANK

BOKT rəhbəri vəziyyətləri ilə bağlı yayılan məlumatlardan sonra açıqlama yaydı
14 NOYABR
317

BOKT rəhbəri vəziyyətləri ilə bağlı yayılan məlumatlardan sonra açıqlama yaydı

2018-11-14 17:54:00

“FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) manatın devalvasiyasından sonra yaranmış bütün çətinlikləri artıq geridə qoyub və bu ilin IV rübündən başlayaraq yenidən inkişaf etməyi qarşısına məqsəd qoyub. Fins.az-a daxil olan məlumata görə, bunu BOKT-un direktoru Timoti Tarrant bəyan edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi maliyyə qurumu son 3 ili kredit portfelininin idarə olunmasına və əməliyyatların səmərəliliyinin artırılmasına sərf edib.

“Son nəticədə 2017-ci ili mənfəətlə başa vurmuşuq və 2018-ci ildə də daha yaxşı maliyyə nəticələri gözləyirik. “FINCA Azerbaijan” devalvasiyanın yaratdığı çətinliklərin öhdəsindən uğurla gələrək, səhmdarlarının onun nizamnamə kapitalını bu il artırmasına da nail olub. Gələn il də səhmdarlardan əlavə kapital cəlb edilməsi nəzərdə tutulub ki, bu da BOKT-un regionlarda kiçik sahibkarlara göstərdiyi maliyyə xidmətlərini daha da genişləndirməyə imkan verəcək. “FINCA Azerbaijan” 2019-cu ilin I rübündən yeni fililallar açmağı planlaşdırır, fəaliyyətini genişləndirməklə, maliyyə bazarında layiq olduğu yeri yenidən tutmaq istəyir”,- T.Tarrant qeyd edib.

Direktorun sözlərinə görə, FINCAqlobal səviyyədə son illər müştərilərə göstərilən xidmətin səviyyəsini artırmaq və əməliyyat xərclərini azaltmaq məqsədi ilə yeni fintexnologiyadan istifadə edir: “Bu yeniliyin inkişaf etdirilməsində və qlobal səviyyədə istifadəsinin sınaq mərhələsinin uğurla tamamlanmasında “FINCA Azerbaijan”ın da böyük töhfələri olub. FINCA Azərbaycanın maliyyə bazarında geniş imkanlar olmasının fərqindədir və bazardakı vəziyyətlə bağlı nikbindir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255