BANK

ADB-nin vitse-prezidenti Bakıya gəlir
17 OKTYABR
143

ADB-nin vitse-prezidenti Bakıya gəlir

2018-10-17 14:23:00

Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janqın (Wencai Zhang) oktyabrın 21-də Azərbaycana səfər etməyi planlaşdırılır. 

Fins.az xəbər verir ki, oktyabrın 24-nə qədər davam edəcək səfər çərçivəsində V.Janqın maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və hökumətin iqtisadi blokuna daxil olan digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur. 

Eləcə də bax:Azərbaycanda bu bankın rəhbərliyi dəyişilir

Görüşlərdə Azərbaycanla ADB arasında əməkdalıq perspektivlərinin müzakirə edilməsi gözlənilir. 

Qeyd edək ki, V.Janq sonuncu dəfə Azərbaycanda 2016-ci ilin noyabrı aynda olub.

ADB-nin Bakı ofisindən vitse-prezidentin səfərini "Report"a təsdiq ediblər.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250