BANK

“Nikoil Bank”ın keçmiş sədri saxlanılıb
18 SENTYABR
575

“Nikoil Bank”ın keçmiş sədri saxlanılıb

2018-09-18 12:31:00

Azərbaycanda fəaliyyət göstərən “Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasiliy Xamaza Rusiya paytaxtı Moskvada saxlanılıb.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş bankir Azərbaycanda vəsaitlərin mənimlənilməsi və vəzifə səlahiyyələrində sui istifadədə ittiham olunur.

"60 yaşlı Xamaza 17 sentyabr tarixində Qaribaldi küçəsində saxlanılıb. Vəsaitlərin mənimlənilməsi və vəzifə səlahiyyələrindən sui istifadədəyə görə federal və beynəlxalq axtarışda olan işsiz Omsk vilayəti sakini Çeremuşkin rayon prokurorluğuna təhvil verilib və bu barədə Azərbaycan tərəfinə məlumat verilib. Ona qarşı həbs qəti imkan tədbiri seçilib", - deyə məlumatda deyilir.

Qeyd edək ki, Xamaza 2005-2017-ci illərdə rəhbərlik etdiyi “Nikoil Bankdan” 20 milyon manata kimi vəsaiti mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, ötən il Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb.

Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin bankın sabiq sədri Xamaza Vasiliy Viktoroviçə qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiası üzrə bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, bankın iddiası tam həcmdə təmin edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən cavabdeh V.V.Xamazanın hərəkətlərində Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcudluğu aşkara çıxarıldığından, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xüsusi qərardadla xəbər verilməsi qərara alınıb. Məhz Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan xüsusi qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə 28 sentyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.

Mənbə:Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256