BANK

Tenge də dollar qarşısında ucuzlaşmağa başlayıb
14 AVQUST
380

Tenge də dollar qarşısında ucuzlaşmağa başlayıb

2018-08-14 09:53:00

Qazaxıstan milli valyutası Amerika dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Fins.az-ın məlumatına görə, "Report" "kurs.kz" saytına istinadən xəbər verir ki, avqustun 14-də ölkənin əksər mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır. Bəzi məntəqələrdə isə dollar 368-369 tengeyə təklif olunur.

Avqustun 13-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının orta ölçülmüş məzənnəsi 1 dollar üçün 363,22 tenge təşkil edib.

Milli Bankın avqustun 14-ü üçün məzənnəsi 1 ABŞ dolları üçün 363,2 tengedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259