BANK

Bankomatlar necə qorunur?
21 İYUN
1436

Bankomatlar necə qorunur?

2018-06-21 16:15:00

Son zamanlar bankomatlar qarşısında oğurluq, ölüm hadisələri tez-tez baş verir. Fins.az Oxu.az-a istinadən xəbər verir ki, baş verən hadisələr, əsasən, bir şəxsin bankomatdan pul çəkməsindən sonra olur. 

Bəs, bankomatlar necə qorunur?

“Azər Türk Bank” ASC-nin mətbuat katibi Rauf Ağayev bildirib ki, bank xüsusi olaraq ATM qoyduğu yerdə kamera yerləşdirmir:

“Bankomatlar müştərilərin təhlükəsizliyi və ATM-lərin kənar fiziki təsirlərə məruz qalmaması üçün etibarlı ərazilərdə quraşdırılır.

Adətən, banklar çalışır ki, ATM-ləri gediş-gəliş çox olan yerdə, mağazalara, marketlərə yaxın yerlərdə yerləşdirsin.

Belə yerlərdə çox vaxt müxtəlif təşkilatların, Daxili İşlər Nazirliyinin, ticarət və ya xidmət müəssisələrinin kameraları olur. Kamera ATM-in içində olur və əməliyyat prosesini çəkir”.

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bankomatların kənarında baş verən hadisələri ərazinin təhlükəsizlik kamerası qeydə almır:

“Şəhərin müxtəlif yerlərdə yerləşən bankomatların kameraları var. Amma vacib deyil ki, onların hamısı təhlükəsizlik kamerası quraşdırsın. Bu, bankların öz ixtiyarındadır. Onlar tərəfindən quraşdırılan kamera ətrafı çəkmir və daimi çəkiliş aparmaya bilər. Yalnız bankomatdan pul çıxaran anı çəkə bilər. Çünki banklara kimin pulu çıxarmasına nəzarət etmək vacibdir”.

Əkrəm Həsənov qeyd edib ki, bankomatdan kənarda cinayət hadisəsi baş verirsə, onu kamera çəkmir:

“Polis və digər orqanlar bankların öz bankomatları qarşısında təhlükəsizlik kamerası yerləşdirməsinə müdaxilə edə bilməz. Bankomatın qarşısında mütləq kamera olması vacib deyil və bununla bağlı cəza yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258