BANK

Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadiyyat Nazirliyi bu universitetdə tələbələrlə fikir mübadiləsi aparıblar
17 MAY
153

Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadiyyat Nazirliyi bu universitetdə tələbələrlə fikir mübadiləsi aparıblar

2018-05-17 15:25:00

Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “4.3. Sahibkar düşüncə tərzinin təşviqi” prioriteti çərçivəsində növbəti təlim Azərbaycan Turizm və Menecment Universitetində keçirilib."Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusundatəlim və təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşməvə emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirilərək sözügedən mövzular ətrafında tələbələrlə fikir mübadiləsi aparılıb.

Təqdimatlardan sonra turizm sektorunda fəaliyyət göstərən iki nəfər sahibkar sahibkarlıq fəaliyyətinin əhəmiyyəti vəsahibkarlıq ruhunun formalaşması, biznes sahibi olmaq üçün zəruri addımların atılması barədətələbələrlə təcrübələri ilə bölüşüblər

Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən tələbələr Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az  və [email protected]  ünvanına müraciət edə bilərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276