BANK

Ləğv prosesində olan 5 bankın 8 əmlakı icarəyə verilir
17 APREL
397

Ləğv prosesində olan 5 bankın 8 əmlakı icarəyə verilir

2018-04-17 14:37:00

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus 8 əmlakın icarəyə verilməsi ilə bağlı hərrac keçirəcək. Fonddan verilən məlumata görə, ləğv prosesində olan "Texnikabank" ASC-yə və “Bank of Azerbaijan” ASC-yə məxsus avtomobillərin icarəyə verilməsi ilə bağlı hərrac mayın 16-da keçiriləcək.

Bundan başqa, mayın 16-da ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus 2 ofis və bir qeyri-yaşayış sahəsi, “Yunayted Kredit Bank” ASC-yə məxsus ticarət obyekti, QSC “Bank Standard” KB-yə və “Dəmirbank” ASC-yə məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256