BANK

Məşhur bank məhkəməyə verildi
12 APREL
512

Məşhur bank məhkəməyə verildi

2018-04-12 16:10:00

JPMORGAN bankı milyonlarla dollar məbləğində cərimələnə bilər. Fins.az xəbər verir ki, Manhetten məhkəməsinə daxil olan müraciətdə bankın göstəriləndən çox komissiya haqqı tutduğu bildirilir. İddiaya görə,  bütün bunlar bankın kriptovalyuta ilə ödəniş vasitəsi kimi edilməsini qadağan etdikdən sonra baş verib.

İddiada qeyd olunur  ki, bank nəinki kriptovalyuta ilə ödəniş zamanı həmçinin pul nağdlaşdırılması zamanı da yüksək komissiya haqqı  tutub.

Bankın nümayəndəsi  Meri Ceyn Rodcers çıxışı zamanı bildirib ki, kredit risklərinə görə, bank virtual pullarla bağlı ödənişləri dayandırıb , lakin yüksək komissiya haqqları ilə bağlı heçnə bildirməyib. Həmçinin o qeyd edib ki, müştərilər bankın komissiya haqqı tutulmayan debet kartlarından istifadə edə bilərlər.

Qeyd edək ki, bu ilin əvvəlindən bitcoinin qiymətinin enməsi  ilə əlaqədər olaraq Böyük Britaniyanın və ABŞ-ın bir neçə bankı kredit kartları ilə  kriptovalyuta alışını dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256