BANK

Problemli kreditlər yenidən artıb
07 MART
572

Problemli kreditlər yenidən artıb

2018-03-07 17:11:00

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat olub. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat və yaxud 4,25% çoxdur.

Son 1 ildə isə problemli kreditlər 62,8 mln. manat və yaxud 3,85% artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,5% təşkil edib. Bu nisbət ilin əvvəlində 13,8%, ötən il yanvarın sonunda isə 9,8% olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255