BANK

Amrahbank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə “Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinə start verdi
22 FEVRAL
299

Amrahbank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə “Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinə start verdi

2018-02-22 15:08:00

21 fevral 2018-cı il tarixində Amrahbank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək”layihəsi üzrə təlimlərə başlanıldı.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Maliyyə mövzuları üzrə təlimlər Azərbaycanın bütün Universitetlərinin tələbələri üçün nəzərdə tutulub. Azərbaycan Kooperasiya Universitetinin tələbələrii İlkin olaraq təlim layihəsinə cəlb olundu. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirildi. Təlimdə iştirak edən 15 iştirakçı plastik kartlarla  əlaqəli mövzuda biliklərini bir daha təkmilləşdirdilər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən tələbələrə plastik kartlarla əməliyyatlara aid aktual mövzu üzrə məlumatlar verildi.

Tədbir maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına Amrahbank və ABA-nın nümayəndələri tərəfindən təhsil, təcrübə proqramları və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi.

Qeyd edək ki, bu layihənin il ərzində silsilə şəklində  davam edəcəyi nəzərdə tutlmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273