BANK

"YapıKredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub
14 FEVRAL
440

"YapıKredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub

2018-02-14 15:41:00

“YapıKredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub. Fins.az xəbər verir ki, Teymuraz Əmirov bankın İdarə Heyətinə üzv seçilib. O, fevralın 13-dən yeni vəzifəsi icra etməyə başlayıb.

Bununla da, bankın İdarə Heyətinin üzvlərinin sayı 5-ə çatıb. Qeyd edək ki, T.Əmirov 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2002-2003- cü illərdə Bakı Nəqliyyat-7 ATSC-də hüquqşünas vəzifəsində çalışıb. 2004-2008-ci illərdə  "Cred Agro" QBKT-də hüquq məsləhətçisi vəzifəsində işləyib. Peşəkar fəaliyyətinə "Yapı Kredi Bank Azərbaycan" da 2008-2009-cü illərdə hüquqşünas kimi başlayan T.Əmirov 2009-2018-ci illərdə bu bankda hüquq departamentinin müdiri olub.

Xatırladaq ki, fevralın 9-da bankın Müşahidə Şurasının üzvü Nazan Somer Özelgin Serkan Ülgenlə əvəz olunmuşdu.

Qeyd edək ki, hazırda bankın Müşahidə Şurasında 4 nəfər təmsil olunur. Bunlar Şuranın sədri Nikollo Ubertalli, üzvləri isə Patrik Jozef Şmit, Feza Tan və Serkan Ülgendir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257