BANK

2018-ci ildə bankları nə gözləyir? – EKSPERTLƏRİN RƏYLƏRİ
09 YANVAR
1846

2018-ci ildə bankları nə gözləyir? – EKSPERTLƏRİN RƏYLƏRİ

2018-01-09 16:44:00

Cəfər İbrahimli: Bu banklar üçün ciddi təhlükə olmayacaq

2018-ci ildə bankları nə gözləyir? Fins.az-ın bu sualına cavabı iqtisadçı ekspert Cəfər İbrahimli bu cür cavablandırıb. Son 2 ildə banklar üçün ən ciddi problem daha əvvəlki illərdə verilmiş kredit portfellərinin vəziyyətunun pisləşməsi və nəticədə problemli kreditlərin görə ciddi həcmlərədə ehtiyyatların ayrılması kapitalın azalmasına səbəb olub. Digər kapital azalmasına səbəb olan məsələ açıq valyuta mövqelərinə görə məzənnə fərqindən formalaşan zərər təşkil edib. Artıq cari ildə problemli kreditlər üzrə ayrılacaq ehtiyatların azalacağı və məzənnə dəyişməsindən əlavə zərərləri yaranmayacağı gözlənilir və bu da bankların rahat nəfəs almasına səbəb ola bilər. Bu da hərşeyin bitdiyi mənasına gəlmir. Çünkü bankların bir hissəsinin kapital yetərsizliyi davam edir və bunu həll etməyin yolu bankların birləşməsi, mövcud səhmdarlar tərəfindən kapital qoyuluşu, problemli kreditlərin sağlamlaşdırılması, cari ildə ciddi mənfəət yaradaraq kapital tələbini bərpa etməsi prioritet məsələlər olaraq qalacaq. Bank kapitalının bərpasına yeni dəsdək mexanizmasının gətirilməsi, Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, Kreditləşdirmə şərtlərinin yumsaldılması vəs. məsələlər sektora kömək edəcəyi gözlənilir. Cari kapital vəziyyətini qoruyan və nisbətən yaxsılaşdıran banklar üçün ciddi təklükə olmayacağı proqnozlaşdırılır.

Vüqar Bayramlı: 2018-ci ildə ən problemli sahə bank sektoru olacaq

2018-ci ildə ən problemli sahə bank sektoru olacaq. Güman olunur ki, manatın məzənnəsinin stabilləşməsi və 2018-ci ildə Mərkəzi Bank tərəfindən xüsusi beynəlxaq şok baş vermədiyi halda məzənnənin kursunu qoruyub saxlayacaq. Bu bank sektoru üçün vacib məsələdir. Bu da nəticə etibari ilə banklara təsir göstərəcək..

2018-ci ildə bank sektoru xüsusi diqqət tələb edən sektorlardan biri olacaq. Problemli kreditlərin həcmi 2017-ci ildə artıb. Problemli kreditlərin həcminin artması 2018-ci ildə də bankların maliyyə göstəricilərinə mənfi təsir göstərəck. Hal-hazırda funksiyalarını tam yerinə yetirə bilməyən kommersiya bankları var. Həmin bankların sağlamlaşdırılmasına və konsolidasiyasına ehtiyac var. Amma çox təəsüffki ötən ildə biz bu cür prosesləri müşahidə edə bilmədik. Halbuki bu 2016-2017-cil də həyata keçirilməli idi. Kredit portfelinin kəskin artacağı proqnozlaşdırılmır. Çünki nəticə etibari ilə banklar hələ də kredit qoyuluşlarına həssas yanaşırlar. Nəzərə alsaq ki kredit tarixçələrində pisləşmə var. Baxmayaraq ki, bunların bir qismi potensial müştərilərdir. Odur ki,2018-ci ildə bankların kredit portfelinin kəskin artması gözlənilmir. Depazit artımında da kəskin artımlar proqnozlaşdırılmır. Güman olunur ki, banklar mövcud depazit portfelini qoruyub saxlasınlar. Depazit portfelinin genişləndirilməsi yalnız kredit portfelinin genişləndirilməsi hesabına baş verə bilər. Bank cəlb etdiyi kreditləri depazitə yönəlməlidir ki, depazit portfelinin atımına nail olsun. Kredit portfelində kəskin artım olmadığına görə depazit portfelində də artım olmayacaq. 2018-ci il banklar üçün çox vacib ildir. Xüsusəndə Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarının sağlamlaşdırılması prosesini həyata keçirməlidir. 2018-ci ildə bank sektorunun sağlamlaşdırılması birbaşa bu sahədə dövlət proqramının qəbul edilib edilməməsindən asılı olacaq. Bankların problemlərinin həll edilməsi üçün xüsusən də toksit aktivlərin sağlamlaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi ehtiyac var. Bankların müflis elan edilməsi bank sektorundakı problemləri həll etmir. Sistemli islahatlara ehtiyac var. Eyni zamanda dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var. Xüsusəndə Maliyyə Bazarlarına Nəzarət Platası çalışmalıdır ki, 2018-ci ildə banklar üçün dövlət dəstəyinin gücləndirilməsinə nail ola bilsin.

Samir Əliyev: Dəmirbank sonuncu olmayacaq

Təbii ki,2015-ci ildə baş vermiş devalvasiya bank sektorunu vurdu və nəticə də göz qabağındadır. Bankların sayı 45-dən 30 endi. Bu kifayət qədər böyük bir rəqəmdir Ötən ilin sonu da bir bank bizi tərk etdi. Yəni devalvasiyanın təsiri hələ də bankların “canından” çıxmayıb. İqtisadiyyat, neftin qiymətinin qalxmasıvə Neft fondunun vəsaiti hesabına milli valyutamız özünə gəlir. Amma bank sektoru hələ də çətin vəziyyətdədir və əsas funksiyası olan kreditləşməsi məhdud yerinə yetirir. Ona görə də bu problem həll edilməlidir. Düşünürəm ki, 2018-ci ildə bank sektoru üçün elə də asan olmayacaq. Bankların sağlamlaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. DəmirBank sonuncu bank olmayacaq. Daha bir neçə bank bağlanacaq. Bağlanacaq bankların sayını demək çətindir amma o dəqiqdir ki, bankların sayı 30-dən aşağı düşəcək. Ola bilsin ki, bu ləğv edilmə şəklində deyil birləşmə şəklində olsun.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253