BANK

“İpoteka Fondu”nun xətti ilə indiyədək verilən – İPOTEKALARIN HƏCMİ AÇIQLANDI
04 YANVAR
197

“İpoteka Fondu”nun xətti ilə indiyədək verilən – İPOTEKALARIN HƏCMİ AÇIQLANDI

2018-01-04 16:48:00

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil kredit təşkilatları tərəfindən 2006-2017-ci illər ərzində 21 268 ipoteka krediti verilib.

Fins.az xəbər verir ki, hesabat dövrü ərzində AİF xətti ilə ümumilikdə  944 mln. 258 min 988 manatlıq ipoteka krediti verilib.

Qeyd edək ki, prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılması haqqında" 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə ötən ilin dekabrın 26-da fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. 

Xatırladaq ki, Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin mart ayından ipoteka kreditlərinin verilməsinə başlanıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301