BANK

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasına yeni sədr təyin edildi
24 NOYABR 2017
897

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasına yeni sədr təyin edildi

2017-11-24 17:28:00

Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının sədri vəzifəsinə Bank VTB (PSC) idarə heyəti sədrinin - prezidentinin müavini Denis Aleksandroviç Bortnikov təsdiq edilib.

Bankdan Fins.az-a verilən məlumata görə, Denis Aleksandroviç 20 ildən artıqdır ki, bank sahəsində və bu müddətin 11 ilini VTB Qrupda çalışır. O, ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Sankt-Peterburq dövlət iqtisadiyyat universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256