BANK

“ll Bankçılıq forumu”nda Vüsal Qasımlının – ÇIXIŞ MƏTNİ
23 NOYABR
265

“ll Bankçılıq forumu”nda Vüsal Qasımlının – ÇIXIŞ MƏTNİ

2017-11-23 14:30:00

Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə immunitet qazandıqdan sonra iqtisadi artımın drayveri islahatlardı. Neft gəlirlərinin azalması fonunda Doing Business və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin ilk 10 ayında qeyri-neft ÜDM-in 2,1 faiz və ixracının 23 faiz artması, strateji valyuta ehtiyatlarının 5 milyard ABŞ dollarına qədər çoxalması birbaşa islahatların nəticəsidir. Hazırda neft qiymətlərinin 60 ABŞ dollarından keçməsinə rəğmən islahatlar əvvəlki tempilə davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir.

Gələn illərdə ölkədə qeyri-neft ixracının (sənaye və aqroparkların fəaliyyəti, həmçinin neft-kimya müəssiələrinin işə düşməsi nəticəsində) və turizm başda olmaqla xidmətlərin ixracının artması, eyni zamanda idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanallarının çeşidinin və miqyasının artması, eyni zamanda manatın dayanıqlılığı üçün əlavə imkanlar yaranacaq. 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar da ümumi iqtisadi aktivliyi artıracaqdır. Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir.

Eyni zamanda bank sektorunun kommunikasiyası gücləndirilməli, rəqabət mühiti və banklararası bazar inkişaf etdirilməli, blok-çeyn və maliyyə texnologiyalarının tətbiqi imkanları araşdırılmalı, risk idarəetməsi gücləndirilməli və bankların kapitallaşdırılması artırılmalıdır.

Bu ilin ilk 9 ayında bank sektorunda əldə edilmiş kövrək də olsa müsbət tendensiyaların gücləndirilməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289