BANK

Elman Rüstəmov: “İlin sonunadək manat bahalaşa bilər”
31 OKTYABR
2273

Elman Rüstəmov: “İlin sonunadək manat bahalaşa bilər”

2017-10-31 11:01:00

Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq.  Bundan sonra da bu rejim fəaliyyət göstərəcək.

Fins.az xəbər verir ki,  bun Azərbaycan Mərkəzi bankını İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. 

Onun sözlərin  görə, üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar  və beynəlxalq təcrübə tələb edir: “Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”.

Son zamanlar manatın məzənnəsini möhkəmlənməsinə toxunan baş bakir bankir qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: “Müsbət tendensiyalar onun göstərir ki manatın bahalaşmasının potensiyalı daha çoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291