BANK

Hərrac ərəfəsində “Bloomberg”də dollar bahalaşdı
29 AVQUST 2017
715

Hərrac ərəfəsində “Bloomberg”də dollar bahalaşdı

2017-08-29 11:39:00

 Avqust ayının 29-də banklararası ticarətdə dollar manat qarşısında yenidən bahalaşıb. Fins.az xəbər verir ki, növbəti valyuta hərracı ərəfəsində “Bloomberg” terminalında dollar 0,04% dəyər qazanaraq 1.6991 manat səviyyəsinə qalxıb. Ötən gün terminal üzərində son ticarət 1.6985 manat məzənnəsi ilə yekunlaşmışdı.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267