BANK

Dollar alverçiləri 20 qəpiyə işləyir – “QARA BAZAR”DA BÖHRAN
28 AVQUST
851

Dollar alverçiləri 20 qəpiyə işləyir – “QARA BAZAR”DA BÖHRAN

2017-08-28 10:28:00

Avqustun 28-də “qara bazar”da dolların satışı nisbətən ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat olaraq qalsa da, satışı isə 1.7000 manatdan 1.6970 manata qədər düşüb. Bununla da yenidən minimum spred daralması qeydə alınıb. Başqa sözlə, “qara bazar”da hər 100 dollara görə, gəlir cəmi 20 qəpiyə düşüb.

Dollar alverçilərinin sözlərinə görə, ucuzlaşmaya səbəb bankların eyni məzənnə ilə satış həyata keçirməsidir. Ona görə, fərdi qaydada valyuta satışı nisbətən ucuzlaşıb.

Avronun “qara bazar” məzənnəsi isə dəyişməyib. Avropa valyutasının alışı 2.00 manat, satışı isə 2.10-2.15 manat təşkil edir.

Rus rublunun məzənnəsi də son bir neçə gündə stabil olaraq qalıb. Hazırda rublun alışı 2.80 qəpik, satışı isə 2.83 qəpikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287