BANK

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin rəhbəri dəyişib
20 İYUN
364

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin rəhbəri dəyişib

2017-06-20 16:57:00

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi olan "PASHA Bank Georgia"nın rəhbərliyində dəyişiklik baş verib.

Fərid Məmmədov törəmə bankın Müşahidə Şurasının üzvü seçilib. Bundan başqa, F.Məmmədov Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Bunadək bu vəzifəni Mircamal Paşayev tutub. Hazırda M.Paşayev Müşahidə Şurasının üzvü olub.

Beləliklə, dəyişiklik nəticəsində Müşahidə Şurası üzvlərinin sayı 4-dən 5-ə çatdırılıb. Digər üzvlər - Cəlal Qasımov, Taleh Kazımov və Cenk Eynehan Müşahidə Şurasının üzvü olaraq qalır.

Qeyd edək ki, F.Məmmədov "PAŞA Holdinq"in icraçı direktorunun müavini, Biznes qrupunun rəhbəridir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285