BANK

Bu banklar dollar "kisəsi"ni açdı
12 YANVAR
1651

Bu banklar dollar "kisəsi"ni açdı

2017-01-12 11:49:00

Bu gün daha 2 bank dollar satışına start verib. Fins.az-ın araşdırması göstərdi ki, yanvarın 12-də "BTB Bank" və "Expressbank" xarici valyuta satışını müəyyən limitlə davam etdirməyə qərar veriblər. 

İndi "BTB Bank"dan 300 dollara qədər valyuta almaq mümkündür. "Expressbank" isə cəmi 200 dollar satır. 

Xatırladaq ki, Mərkəzi Bankın son hərracda iri həcmdə valyuta ıxarmasından sonra banklar dollar "kisələri"ni açmağa başlayıb. Artıq dünəndən 10-a yaxın bank dollar satışını bərpa edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293