BANK

Kapital Bank mənfəət içində "üzür" – HESABAT
23 NOYABR
658

Kapital Bank mənfəət içində "üzür" – HESABAT

2016-11-23 08:40:00

Kapital Bank 2016-cı ilin 3-cü rübü üzrə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən xəbər verir ki, bankın mənfəət və zərər hesabatında  faiz və gəlirlərin bu qəbildən olan mənfəəti 150 min 758 manat təşkil edib . Faiz və onlarla bağlı xərcləri isə 62 min 014  manat olub. Bunlara əsasən xalis faiz gəlirləri, yəni bankın həmin dövrə aid olan faiz gəlirlərindən faizlər və onlarla bağlı xərcləri çıxıldıqda  alınan gəlirləri 88 min 743 manatdır. 

Bu ilin  3-cü rübündə bankın qeri-faiz gəliləri 87min 800 manat, qeyri-faiz xərcləri isə 81 min 415  manat təşkil edib. Bankın əməliyyat mənfəəti  95 min 128 manat təşkil edib. Əməliyyat  mənfəətinin dəyərini  əldə etmək üçün bankın xalis faiz gəlirlərinin üzərinə qeyri-faiz gəlirlərini gəlib və bunların cəmindən qeyri-faiz xərclərini çıxmaq lazımdır. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün  xüsusi ehtiyatın yaradılmasına sərf oluanan vəsaitin miqdarı 42 min 375 manat təşkil edib. 3-cü rübün  sonunda gözlənilməz vergi və bank fəaliyyəti ilə  bağlı xərclərin ödənilməsinə qədər bankın mənfəəti 52 min 753  manat təşkil edib. Ümumilikdə vergilər ödənilənədək  bankın mənfəəti 52 min 753  manat olub. Bankın bu ilin 3-cü rübünün sonuna olan mənfəət vergiləri 11 min 242  manat təşkil edib və nəticədə Kapital bankın 2016-cı ilin ötən 9 ayının sonunda xalis mənfəəti 41 min 511  manata çatıb.

Adekvatlıq əmsalı yüksəlib

Kapital Bankın 2016-cı ilin ötən 9 ayının sonunda I dərərcəli kapitalının həcmi  208 min 405 manat təşkil edib . Bu müddət ərzində I dərəcəli kapitaldan 12 min 378 manat tutmalar həyata keçirilib və bankın bu ilin  3-cü rübünün sonuna olan I dərəcəli kapitalının miqdarı 196 min 026 manat olub. Bundan başqa, bankın bu dövr ərzində II dərəcəli kapitalının miqdarı 57 min 429 manat, məcmu kapitalı yəni, tutmalardan sonrakı I dərəcəli kapital və II dərəcəli kapitalının cəmi  253 min 455 manat olub. Keçən bu dövr ərzində məcmu kapitaldan tutmalar həyata keçirilib və bu tutmalardan sonra bankın məcmu kapitalı 250 min 478 manat təşkil edib.
 
Risk dərəcəsi üzrə olçülmüş yekun aktivlərinin miqdarı isə 2016-cı ilin 3-cü rübünün sonunda 1 milyon 490 min manat olub. Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı yəni, tutmalardan sonrakı I dərəcəli kapitalının cəminin risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlərinə olan  nisbətinin faizlə ifadəsi 13,15% olub, halbuki norma 5% -dir.
Məcmu kapitalının adekvatlıq əmsalı isə 15,52 %  təşkil edir .Burada bankın tutmalardan sonrakı məcmu kapitalının cəminin risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlərə nisbəti faizlə ifadəsidir.

Qiymətli kağızlara investisiya yatırılıb

Bankın keçən 9 ay müddətində nağd vəsaitlərinin miqdarı 212 min 666 manat təşkil edib.Banklar da daxil olmaqla , maliyyə institutlarındakı  depozitlərinin miqdarı 644 min 431 manatolub.Qiymətli kağızlar üzrə olan vəsaitlərinin həcmi 3-cü rübün  sonunda 29 min 040 manat olub. Bankın müştərilərinə verdiyi kreditlərin həcmi bu ilin 9 ayı ərzində  1 milyon 205  min manat təşkil edib.Bankın  bu müddət ərzində  balansdankənar aktivlər üzrə  mümkün zərərlərinin  ödənilməsi üçün   heç bir məqsədli ehtiyat ayırmayıb.  Bankın digər aktivləri isə 92 min 470 manat olub  və  bu ilin 9 ayının sonunda cəmi aktivlərinin miqdarı 2 milyon 807 min manat təşkil edib. 
 Bu müddət üzrə bankda yerləşdirilən depozitlərin həcmi 1 milyon 676 min manat olub. Mərkəzi Banka qarşı olan tələbləri isə 81 min manatdır. Bank repo əmliyyatları üzrə heç bir öhdəlik əldə etməyib. Bu müddət ərzində banklardan əldə etdiyi kredritlərin miqdarı 0 manat olub. Bank özünün qiymətli kağızlarını  bu  ilin 9  ayı ərzində dövriyyəyə buraxmayıb və bu o deməkdir ki bu sahədə öhdəlikləri ümumiyyətlə yoxdur. Bankın  digər passivlərinin miqdarı isə 151 min 072 manat olub . 2016-cı ilin 3-cü rübünün sonuna olan cəmi öhdəliklərinin miqdarı 2 milyon 538 min manat, xüsusi kapitalının həcmi 249 min 916 manatdır. Onun ümumi ehtiyatlarının həcmi isə 19 min 557 manat təşkil edib. Beləliklə, bankın 2016-cı ilin 3-cü rübünün sonuna ola cəmi kapitalının həcmi 26 min 947  manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271