BANK

Aktivləri 40%-ə yaxın artıb - BANK HESABATI
15 NOYABR
222

Aktivləri 40%-ə yaxın artıb - BANK HESABATI

2016-11-15 11:37:00

Bu ilin 9 ayı ərzində “Kapital Bank”ın cəmi aktivləri 790 milyon manat və ya 39,1% artıb.

30 Sentyabr 2016-cı il tarixinə “Kapital Bank” ASC-nin cəmi aktivləri 2 milyard 807 milyon 376,25 min manat təşkil edib. Bank 31 Dekabr 2015-ci il tarixində 2 milyard 17 milyon 366 min manat cəmi aktivlərə malik idi.

9 ayda müştərilərə verilmiş kreditlər 1 milyard 103 milyon 970 min manatdan 1 milyard 205 min  98 min manata qalxıb. Qısası kreditlər 101 milyon 128 min manat və ya 9,2% artıb.

Sentyabr ayının sonunda Bankın cəmi öhdəlikləri 2 milyard 537 milyon 902 min manat, o cümlədən depozitlər 1 milyard 675 milyon 974,8 min manat təşkil edib. Ötən ilin sonunda KapitalBank 1 milyard 125 milyon 606 min manat depozit portfelinə malik idi. Beləliklə, bankda depozitlər təxminən 49% artıb.

KapitalBank  30 Sentyabr 2016-cı il tarixində 269 milyon 473 min manat cəmi kapitala malik olub. Ötən ilin sonunda bankın 292 milyon 372 min manat kapitalı var idi.

Maliyyə göstəriciləri – III rüb, 2016

balans_hesabat_kapital_bank
balans_hesabat_kapital_bank
kapital_adekvatl
kapital_adekvatl

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272