BANK

Ölkənin mühasibləri Bakıya toplaşıb
10 NOYABR
266

Ölkənin mühasibləri Bakıya toplaşıb

2016-11-10 10:46:00

Noyabrın 10-da Bakıda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə "Mühasiblər Forumu-2016" işə başlayıb.

Fins.az xəbər verir ki, “Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi” mövzusunda keçirilən forumda yerli və xarici auditor şirkətlərinin təmsilçiləri, eləcə də dövlət qurumları və maliyyə təşkilatlarının nümayəndələri iştirak edir.

Assosiasiyanın Müşahidə Şurasının sədri Rüfət Mahmud mühasiblər forumunun müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar mövzuların müzakirəsi üçün bir platforma olduğunu bildirib forumun işinə uğurlar arzulayıb.

Sonra "Ölkədə institusional inkişafın təmin olunması istiqamətində boşluqlar", "Mühasibat uçotu haqqında Qanun: Gerçək vəziyyət, inkişaf və gözləntilər", 
"Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MUBS) ilə milli standartlar arasında uyğunluq", "Dövlət qurumlarında MUBS üzrə məcburi hesabatlılığın tətbiqinin səmərəliliyi və problemləri", 
"Mühasibatlıq peşəsində keyfiyyət standartlarının yenidən müəyyənləşdirilməsi", "İqtisadiyyatın müasir durumu ilə əlaqədar maliyyə hesabatlılığı standartı ", "Mühasibat və təşkilati məsələlərin idarə edilməsi", “Ölkədə mühasib peşəsinin inkişafında müxtəlif maraqlı tərəflərin rolu" və digər mövzularda yerli və xarici mütəxəssislərin çıxışları dinlənilib.

Tədbirdə müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə edilib, suallar cavablandırılıb.

Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş ARPA mindən çox fərdi, 20-dən çox korporativ üzvü özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272