BANK

Bank ehtiyatlarını artırmaqla zərərə düşdü- HESABAT
31 OKTYABR
739

Bank ehtiyatlarını artırmaqla zərərə düşdü- HESABAT

2016-10-31 11:14:00

“Yapı Kredi Bank Azərbaycan” bu ilin 3-cü rübünü  5 milyon 258 min manat zərər ilə başa vurub.  Bankın cəmi gəlirləri 43 milyon 684 min manat, xərcləri 30 milyon 665 min manat olub. Gəlirin yüksək olmasına baxmayaraq zərərin yaranmasına əsas səbəblərdən biri ehtiyatların artırılması yönəldilən vəsaitin yüksəlməsidir. Belə ki, aktivlər üzrə yaradılmış ehtiyyat xərcləri 18 milyon 792 min manat təşkil edib. Oktyabrın 1-nə olan məlumatlara əsasən, bankın ehtiyatları ümumilikdə artaraq 37,668.40 min AZN olub. Bunun böyük hissəsi 35,140.86 mini məqsədli ehtiyatların, 2,527.54 mini adi ehtiyatların payına düşür. Qeyd edək ki, adi ehtiyatları bankın götürdüyü öhdəliklərlə, məqsədli ehtiyat isə problemli öhdəliyə keçidlə bağlı yaradılan öhdəlikdir. 

Bankın kredit portfeli 220,913.06 min AZN-dir, bunun 57,176.18 mi manatı problemli kreditlərdir. Problemli kreditlərin portfeldə çəkisi isə 25.88%-dir. Qeyri-standart kreditlərin həcmi 59,242.88 min manatdır və bunun 28,881.00 min manatı ümidsiz kreditlərdir. 

“Yapı Kredi Bank Azərbaycan”nın əsas qazancı faiz gəlirlərindən formalaşıb. 25 milyon 82 min manat faiz gəlirinin 24,984.84 min manatı müştərilərə verilmiş kreditərdən əldə olunub. Qeyri-faiz gəlirləri 18 milyon 602 min manat təşkil edib. Bankın nizamnamə kapitalı 46,810.70 min manat, məcmu kapitalı 53,494.93 min manat olub. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272