BANK

Mərkəzi Bank növbəti hərracdan 50 mln. AZN cəlb etmək niyyətindədir
21 OKTYABR
391

Mərkəzi Bank növbəti hərracdan 50 mln. AZN cəlb etmək niyyətindədir

2016-10-21 14:25:00

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 24-də növbəti depozit hərracı keçirəcək. Fins.az-ın verdiyi məlumata əsasən, bu barədə AMB-dən məlumat verilib.

"Mərkəzi Bank oktyabrın 24-də keçirəcəyi növbəti depozit hərracında 28 gün müddətinə 50 mln. AZN cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.

Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-oktyabr aylarında keçirilmiş 16 hərracda bank 1 ay müddətinə 739,5 mln. AZN cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272