BANK

Bankların müştəri bazası artmağa başlayıb
11 OKTYABR
248

Bankların müştəri bazası artmağa başlayıb

2016-10-11 12:10:00

Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 246 094 nəfər və ya 4,3% azalaraq sentyabrın 1-nə 5 470 291 nəfər təşkil edib.

Aylıq müqayisədə 63 155 nəfər və ya 1,2% artım, illik müqayisədə isə 24 829 nəfər və ya 0,5% azalma baş verib.

Hesabata əsasən, müştərilərin 98,69%-i və ya 5 398 420 nəfəri fiziki şəxslər, o cümlədən 172 268 nəfəri sahibkarlıqla məşğul olan şəxslərdir.

Qeyd edək ki, cari ilin avqustun 1-nə Azərbaycanda əhalinin sayı 9 765,4 min nəfər təşkil edib.

Mənbə: report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271