BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
07 OKTYABR
1079

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-10-07 11:55:00

Oktyabr ayının 7-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar  “Bank Avrasiya”  və “Unibank”dır. Fins.az  xəbər verir ki, bu banklar Amerika valyutasını 1.5900 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə  “Yapı Kredi Bank” dır. Bu bankda alış qiyməti 1.5300 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB”dadır. Bu banklar  dolları 1.5950 manata satır.Dolların ən yüksək satış qiyməti isə 1.6677 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avro qiymətləri  

Avronu ən baha  İran Milli Bankının Bakı filialı  alır–1.7700 manat.Avronun ən ucuz götürüldüyü banklar  isə “Bank Respublika” dır-1.7120 manat.Avronu ən ucuz “Bank BTB”   satır-1.7820 manat. Avronun ən baha satış qiyməti 1.8540 manat təşkil edir.“Azərbaycan Beynəlxalq Bankı” avronu  bu məzənnə ilə satır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275