BANK

Dollar ucuzlaşır – HƏRRACIN NƏTİCƏSİ
05 OKTYABR
4153

Dollar ucuzlaşır – HƏRRACIN NƏTİCƏSİ

2016-10-05 15:27:00

Bugün Mərkəzi Bankın nəzarəti ilə Bloomberg platforması üzrə həyata keçirilən valyuta hərracınını nəticələri milli valyutamız üçün düşərli olub. Fins.az bildirir ki, 3 sessiyalı sistemlə ilk dəfə keçirilən hərrac zamanı dollar manat qarşısında ucuzlaşıb və hərracın sonunda 1,6035 ilə yekunlaşıb. 

Hərrac 1,6115 ilə başlayıb

Hərrac Mərkəzi Bankın dünənə təyin etdiyi məzənnə üzrə 1,6115 ilə başlayıb. Qeyd edək ki, bu sistemdə banklar hərraca çıxarılan xarici valyutanın məbləğini bankların tələblərini görmürlər. Bütün informasiyanı Mərkəzi Bank izləyir və tənzimləmə funksiyalarını da tələb-təklif proporsiyasına uyğunlaşdırmaq imkanı qazanır. Bugünki hərracda artıq 2-ci sessiyadan başlayaraq, dolların məzənnəsi düşmə tendensiyası göstərib.

Dollar 80 qəpik düşdü

Artıq 3-cü sessiyanın sonunda dəhliz üzrə məzənnə dəqiqləşib. Nəticədə dollar 1,6115-dən 1,6035-ə düşüb. Əslində üzən məzənnə sistemini tətbiq edən ölkələrin təcrübəsinə görə, bu məzənnə növbəti hərraca qədər qüvvədə olmalıdır. Yəni bu həftənin 5-ci günü keçiriləcək növbəti hərrac məhz 1,6035 ilə başlamalıdır. Ancaq Azərbaycan Mərkəzi Bankı hər gün yeni məzənnəni elan etməkdə davam edir.

Üzən məzənnənin Azərbaycansayağı forması  

Buna səbəb olaraq ölkəmizdə məsələn Rusiyadan fərqli olaraq valyuta hərracının hər gün keçirilməməsi göstərilir. Əslində üzən məzənnə sistemini tətbiq edən ölkələr valyuta hərracını hər gün keçirməklə dünyada və eləcə də ölkədaxilində baş verən makroiqtisadi hadisələrə çevik reaksiya verə bilirlər. Ancaq Azərbaycan Mərkəzi Bankı hələki həftədə 2 dəfə hərrac keçirməklə kifayətlənir və buna görə də hərrac olmayan günlərdə məzənnəni rəsmən özü elan edir.        

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272