BANK

Azər-Türk Bank SİBOS-da işgüzar görüşlər keçirib
30 SENTYABR
214

Azər-Türk Bank SİBOS-da işgüzar görüşlər keçirib

2016-09-30 09:43:00

Cenevrədə bank sektoru üzrə dünyanın ən böyük tədbiri - ənənəvi illik SİBOS sərgi-konfransı yekunlaşdı. Fins.az-ın məlumatına görə, bu tədbir Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçılığı ilə hər il bir ölkədə olmaqla keçirilir. Bu dəfəki tədbirdə ilk dəfə olaraq Azərbaycanın Azər-Türk Bankı da iştirak etmişdir. 

Bankdan fins.az-a evrilən məlumata görə, SİBOS sərgisində Azər-Türk Bankı bankın İdarə Heyəti sədrinin müavini Rumiyə Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bank təmsilçiləri konfrans çərçivəsində təşkil edilən müzakirələrdə iştirak edib, sərgiyə qatılıb, xarici tərəfdaşlarla işgüzar görüşlər keçirib, eləcə də təcrübə mübadiləsi aparıblar. 

Eləcə də, tədbir çərçivəsində təşkil olunan sərgidə, Azərbaycanın təbliği və dünyaya tanıdılması məqsədilə ölkəmizin milli ornamentləri ilə bəzədilmiş suvenirləri ziyartçilərə təqdim ediblər. 

Xatırladaq ki, SİBOS sərgi-konfransının keçirilməsinə 1978-ci ildən başlanıb. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirə minlərlə bank və maliyyə qurumlarının nümaynədələri qatılır.

Sərgi-konfransın əsas iştirakçıları dünyanın iri bankları, maliyyə institutları, transmilli şirkətləri, eləcə də bu sahə üçün avadanlıq və proqram təminatı istehsalçılarıdır. 

Sibos – sərgi-konfrans olmaqla yanaşı, pul vəsaitlərinin, qiymətli kağızların və ticarətin idarə olunması sahəsində təcrübə mübadiləsi və birgə qərarların verildiyi böyük bir forumdur. Hər il təqribən 7 min mütəxəssisin qatıldığı tədbirin miqyaslarına və əhəmiyyətinə görə analoqu yoxdur.

Tədbirdə bank sektoru üçün mühüm əhəmiyyət kəsb edən məsələlər, inkişaf istiqamətləri, gələcək əməkdaşlıq perspektivləri, ümumilikdə maliyyə sektorunun gələcəyinin necə formalaşdırılması müzakirə edilir, təcrübə mübadiləsi aparılır.

Bu il sərgiyə maliyyə sektoru və onunla əlaqədar sahələrdə çalışan 8 mindən artıq nümayəndə qatılıb. 1 həftə davam edən koonfrans 6 müzakirə blokundan ibarət olub. Burada 100-dən artıq sessiya keçirilib sərgi iştirakçılarının sayı isə 200-dən artıq olub.

SİBOS sərgi-konfransı gələn il Kanadanın Toronto şəhərində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270