BANK

Dollarla verilən kreditlər 7 ilin minimumuna endi
19 SENTYABR
466

Dollarla verilən kreditlər 7 ilin minimumuna endi

2016-09-19 13:35:00
ABŞ istisna olmaqla, dollarla ifadə olunmuş kreditlərin ümumi məbləği 2016-cı ilin birinci rübündə $7,9 trln. təşkil edib. Bu 2015-ci ilin birinci rübüylə müqayisədə 0,8% azdır. Dollar kreditlərinin həcminin bu qədər azalması 2007-2009-cu ilin böhranından sonra ilk dəfə qeydə alınıb.  Fins.az-ın verdiyi xəbərə əsasən, bu haqda Bank for International Settlements (BIS) məlumat verib.

İnkişaf etməkdə olan bazarlar kateqoriyasına aid olan ölkələrdə isə verilən dollar kreditlərinin həcmi 2016-cı ilin yanvar-mart aylarında $3,2 trln. təşkil edib. Bu isə 2015-ci ilin iyun ayının sonunda pik həddindən $137 mlrd. azdır. Avrozonanı çıxmaqla, avroyla verilən kreditlərin həcmi birinci rübdə kəskin azalma nümayiş etdirib. BİS-in ekspertlərinin rəyinə əsasən, bu Avropa Birliyi banklarının zəifliyini göstərir. 

Eyni vaxtda avroda buraxılan istiqrazların həcmi artmağa davam edib. Nəticədə qeyri-rezidentlərin avro-borcları 4,2% artıb və dollar ekvivalentində $2,3 trln. təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272