BANK

AMB-nin valyuta ehtiyatları 18% azalacaq - PROQNOZ
19 SENTYABR
497

AMB-nin valyuta ehtiyatları 18% azalacaq - PROQNOZ

2016-09-19 09:42:00

Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlatının 17,9% - $4,117 mlrdş-a qədər azalmasını proqnozlaşdırır.

Fondun proqnozlarına görə, 2016-cı ildə AMB-nin valyuta ehtiyatlarının azalması tensdensiyası qalacaq.

2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5,017 mlrd. təşkil edib və ötən il ərzində 2,7 dəfə azalıb.

Fondun qiymətləndirmələrinə əsasən, 2017-ci ildən AMB-nin valyuta ehtiyatlarının artımı başlayacaq.

Bununla belə, Fond orta müddətli perspektivdə bu artımın illik $0,5 mlrd. təşkil edəcəyini gözləyir.

Xüsusilə,proqnozlara görə, 2018-ci ilədək AMB-nin ehtiyatları $4,617 mlrd.-a, 2019-ci ilə qədər - $5,117 mlrd.-a, 2020-ci il qədər - $5,617 mlrd.-a, 2021-ci ilədək - $6,117 mlrd.-a çatacaq.

Xəbər verildiyi kimi, 1 sentyabr 2016-cı il tarixinə AMB-nin valyuta ehtiyatları $4 mlrd. 192,5 mln. təşkil edir və 8 ay ərzində 16,4% azalıb. 

Mənbə: İnterfaks-Azərbaycan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272