BANK

Azərbaycanın bank sistemi təmizlənməlidir - BVF
16 SENTYABR
380

Azərbaycanın bank sistemi təmizlənməlidir - BVF

2016-09-16 10:20:00

Azərbaycanın bank sisteminin sürətli və yaxşı təşkilatlanmış şəkildə təmizlənməsi iqtisadiyyatın real sektoruna kredit axınının effektivliyini bərpa edəcək. Fins.az "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi "IMF News"a müsahibəsində Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və perspektivləri barədə açıqlamasında deyib.

M.əl-Qorçi Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı fikirlərində struktur islahatlarının genişləndirilməsinin əhəmiyyətini də qeyd edib. IMF rəsmisi yeni iqtisadi modelə keçiddə qəbul olunacaq qərarların şirkətlər arasında rəqabəti artırılması, biznesə başlamağın asanlaşdırılması üçün zərurətini vurğulayıb. İnsan kapitalına investisiyanın vacibliyini qeyd edən missiya rəhbəri işə qəbul və işdən çıxarılma qaydalarının da tənzimlənməsinin önəmini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272