BANK

Banklar dolların alışını dayandırdı
08 SENTYABR
3844

Banklar dolların alışını dayandırdı

2016-09-08 19:08:00

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarının alışını dayandırıb. Fins.az  xəbər verir ki, banklar dollar bolluğu yaşandığı üçün indi də valyutanın alış əməliyyatlarına fasilə verib. Dolların satışı isə 1,6900-1,7060 AZN/USD məzənnə diapazonunda aparılır. 

Qeyd edək ki, "qara bazar"da isə dolların satışı 1,63 manata kimi qədər geriləyib. Dolların məzənnəsinin sabah və bayram günlərində 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi gözlənilir. 

Xatırladaq ki, Azərbaycan Mərkəızi Bankı (AMB) bugünki valyuta hərracına  Dövlət Neft Fondu ilə birlikdə 300 mln. dollar çıxarıb və bütün məbləğ satılıb. Qeyd edək ki, AMB-nin cari məzənnəsi nəzərə alınmaqla kommersiya bankları tətbiq olunan +/-4%-lik marja ilə dolların alışını minimum 1,5747 AZN/USD məzənnəsi apara bilər.

 

 

Mənbə:  Report

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272