BANK

Dollar 1.65-ə düşəcək- EKSPERT QRUPU
08 SENTYABR
4103

Dollar 1.65-ə düşəcək- EKSPERT QRUPU

2016-09-08 14:20:00

Azərbaycanın valyuta "qara bazar"ında ABŞ dollarının məzənnəsi 1,84 AZN/USD psixoloji həddini aşa bilməyib. Fins.az "Report"un ekspert qrupuna istinadən xəbər verir ki, bu ilin may ayından etibarən valyuta bazarında başlayan dolların bahalaşması keçən həftənin sonu 1,84 AZN/USD-yə çatdıqdan sonra geriləməyə başlayıb. 

Xatırladaq ki, 2015-ci ilin dekabr ayında baş verən manatın ikinci devalvasiyasından sonra "qara bazarda" dolların məzənnəsi yanvarın 13-də 1,84-1,87 AZN/USD səviyyəsinə çatdıqdan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına 4%-lik marjanın tətbiqinə dair qərar qəbul edib. Bu qərardan sonra rəsmi məzənnə düşməyə başlayıb və mayın 25-də 1,49 AZN/USD səviyyəsinə geriləyib. Bu zaman dolların məzənnəsi banklarda 1,45 AZN/USD-yə qədər geriləyib.

Qeyd edək ki, bu gün keçirilən növbəti valyuta hərracına AMB və Dövlət Neft Fondu  (DNF) tərəfindən ümumilikdə 300 mln. dollarlıq vəsait satışa çıxarılıb və bu vəsait ARDNF-dən gələn rəsmi açıqlamalara görə 22 kommersiya bankına satılıb. AMB-dən rəsmi məlumatlar əldə olunandan sonra valyuta alan bankların sayı bir qədər arta bilər. 

Bank dairələrindən əldə olunan məlumata əsasən, bankların valyuta tələbi bugünki hərracda 340 mln. dollara yaxın olub və tələbin təxminən 90%-i təmin edilib: "Son hərraclarda bankların valyuta tələbinin 600-700 mln. dollar səviyyəsindən birdən-birə bugünki hərracda 2 dəfəyə yaxın azalması onu deməyə əsas verir ki, birincisi, banklar daha çox valyuta tələb edərək, mümkün qədər çox vəsait almaq istəyib. İkincisi isə, bugünki hərracda banklar əvvəlcədən təklif olunan valyuta miqdarının normaldan (50 mln. dollar) artıq olacağını bilib və ehtiyacları olan qədər vəsait tələb edib".

Ekspert  qrupu nağd valyuta bazarında dolların məzənnəsinin 1,65 AZN/USD-yə qədər geriləyəcəyini proqnozlaşdırır. Ayın sonuna qədər AZN/USD məzənnəsi növbəti hərraclara çıxarılacaq valyutanın həcmindən asılı olaraq 1,60-1,70 AZN/USD diapazonunda hərəkət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270