BANK

Daha bir bank dollar satışına başladı
06 SENTYABR
3590

Daha bir bank dollar satışına başladı

2016-09-06 14:31:00

Daha bir bank dollar satışı bərpa edib. Söhbət Pakistan Milli Bankının Bakı filialından gedir. Fins.az-ın məlumatına görə, bir neçə günlük fasilədən sonra bank dollar satışını bərpa edib. Bankdan fins.az-a verilən məlumata görə, artıq bu gündən, yəni sentyabr ayının 6-dan etibarən bankdan dollar almaq mümkündür. Bir nəfər üçün satış limiti 100 dollar təşkil edir.Bankda avro isə ümumiyyətlə satılmır.

Hazırda Pakistan Milli Bankının Bakı filialında dolların alış qiyməti 1.6500 manat, satış qiyməti isə 1.7000 manatdır.

Qeyd edək ki, Pakistan Milli Bankının Bakı filialı avqustun 31-dən sentyabr ayının 5-nə kimi dollar satışını dayandırmışdı.Buna qədər isə bank bir nəfərə 500 dollar limitlə satış həyata keçirirdi. Xarici valyuta satışının dayandırılması ilə əlaqədar olaraq bankdan fins.az-a verilən açıqlamada kassada dollar olmadığı bildirilmişdi.

Eləcə də bax: Aeroportda dollar satışı başladı – MƏZƏNNƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272