BANK

Bu bank manatla istehlak kreditlərinə - BAŞLADI
05 SENTYABR
1969

Bu bank manatla istehlak kreditlərinə - BAŞLADI

2016-09-05 17:54:00
“AFB BANK” istehlak kreditləşməsini bərpa edib. Bu barədə fins.az-a bank bildirilib. Məlumata görə,  bank manatla 1 il müddətinə, dollarla 3 il müddətinə  istehlak kreditlərini bərpa edib. Dollarla istehlak kreditləri 1 il üçün 15%-lə, 2 illik 16%-lə, 3 illik 17 %-lə verilir.

Dollar kreditlərini 15-17%-lə verir

Bankdan bildirilib ki, həm dollarla, həm də manatla istehlak krediti 500-10 min məbləği arasında verilir.Dollarla kredit götürmək üçün  müştərinin rəsmi  iş yeri olmalı və minimum 350 dollar əmək haqqı almalıdır. Belə ki, bank dollarla istehlak kreditini yalnız dollarla əmək haqqı alanlara verir.Şərtlər bununla da yekunlaşmır.Dollarla krediti götürmək istəyənlərin dollarla rəsmi qaydada maaş alan zamini də olmalıdır. Hər ikisi əmək haqqı ilə bağlı iş yerindən 6 aylıq çıxarışı banka təqdim etməlidir. Minimal əmək haqqı ilə, yəni 350 dollar maaşla bankdan 1000-1200 dollar kredit götürmək olar.

Bu krediti alanın 2 zamini olmalıdır

2000-2500 dollarlıq kredit üçün əmək haqqı 550-600  dollar olmalıdır.10 min dollarlıq kredit almaq üçün əmək haqqı 1800-1900 dollar olmalıdır.Bundan əlavə 5-10 min dollarlıq istehlak krediti üçün müştərinin 2 zamini olmaldır. Hər iki zaminin də əmək haqqı müştərinin maaşı qədər olmalıdır. 

Manat kreditlərini 24 %-lə verir

Bank manatla istehlak kreditlərini isə  1 illik 24%-lə verir. Manat kreditləri ilə bağlı müştərilərə qoyulan tələblər dollar kreditləri ilə eynidir. Minimal əmək haqqı ilə, yəni 350 manat maaşla bankdan 1500 manata kimi istehlak krediti götürmək olar. Hər iki kredit üzrə komisyon haqq 1 % təşkil edir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272